Mərkəzimizdə 28 May – “ Müstəqillik Günü” münasibətilə “Müstəqilliyimiz Əbədidir!” mövzusunda dəyirmi masa keçirilmişdir. 📌
Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edənlər 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixindən, müsəlman Şərqində ilk demokratik dövlət olmasından və xalqımızın müstəqillik ənənələrindən bəhs ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasındakı xidmətləri və bu gün Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etmiş güclü dövlət kimi bu günü qeyd etməsi xüsusi vurğulanıb.
Gənclərin fəal iştirak etdiyi tədbir mövzu ətrafında geniş diskussiya və xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşdı.
#28may #müstəqillikgünü #texnika #texnologiya #peşətəhsili
Mərkəzimizdə 28 May – “ Müstəqillik Günü” münasibətilə “Müs
← Xəbərlərə qayıt
Foto və Video Qalereya