Mərkəzimizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tələbələrlə maarifləndirici görüş təşkil edilmişdir. 📌

Görüşdə iştirak edən De Fendo Vəkil bürosunun vəkili Elminaz Qafarova iştirakçılara insan hüquqlarının qorunması və müdafiəsi sahəsində ətraflı məlumat vermiş, onların hüquq və vəzifələri barədə maarifləndirici çıxış etmişdir.

Tədbirdə tələbələrin sualları cavablandırılmış, hüquqi mövzularda fikir mübadiləsi aparılmışdır. Görüş iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
#insanhüquqları #vəkilbürosu #texnika #texnologiya #peşətəhsili