Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü çərçivəsində geniş tədbir təşkil olunmuşdur. Tədbirdə Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının məsləhətçisi Aytac Nəsirli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov,şəhid Cəbizadə Əbilin atası, TEKNOFEST Azərbaycan və “Bilim Bakı” Mərkəzinin direktoru Ahmet Köse, Nizami rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçiləri Mənzər Əliyeva və Valeh Əmrahov iştirak etmişlər. Tədbir zamanı mərkəzin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələrin hazırladıqları əl işləri, layihələr və praktiki nümunələr nümayiş etdirilmişdir.
Tədbir çərçivəsində musiqi nömrələri səsləndirilmiş, tələbələr tərəfindən müxtəlif rəqs kompazisiyaları nümayiş olunmuşdur.
“Açıq qapı” günü çərçivəsində bir neçə ümumtəhsil məktəbindən şagird və müəllim heyəti mərkəzimizə infotur məqsədilə təşrif buyurmuşdur. Qonaqlar əsas korpusun emalatxanaları ilə yaxından tanış olmuş, həmçinin ixtisaslar üzrə tədris mühiti və avadanlıqlar barədə ətraflı məlumat əldə etmişlər.
Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilmiş, tədbir iştirakçıları mərkəzin maddi-texniki bazasını və tələbələrin peşə bacarıqlarını yüksək qiymətləndirmişlər.
#açıqqapı #nümayiş #texnika #texnologiya #peşətəhsili