Mərkəzin direktoru və rəhbərliyi tələbələrimiz Qabil Əlizadə və Cabbarov Cabirlə qazandıqları uğurlar münasibətilə görüş keçiriblər.📌
Görüş zamanı tələbələrimizin nailiyyətləri yüksək qiymətləndirilib, onların gələcək hədəfləri barədə səmimi fikir mübadiləsi aparılıb.
Bu cür görüşlər tələbələrimizin inkişafına böyük töhfə verir və onların uğur yolunda daha inamla addımlamasına stimul yaradır.
Xatırladaq ki, Cabbarov Cabir Azərbaycanın xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Ayrılarmı könül candan?” adlı şeir müsabiqəsində📝 , Qabil Əlizadə isə AZMMAF Respublika Çempionatında 18–20 yaş arası, 70.3 kq çəki dərəcəsində 💪🏻 qalib olmuşdur.
Qabil və Cabirə uğurlarının davamlı olmasını arzulayırıq! 👏✨
#uğur #qalibxalqıngəncləri #texnika #texnologiya #peşətəhsili
Mərkəzin direktoru və rəhbərliyi tələbələrimiz Qabil Əlizad
← Xəbərlərə qayıt
Foto və Video Qalereya